Gizlilik
1. Ümumi müddəalar
1.1. Bu Şərtlər və Qaydalar (bundan sonra “Şərtlər”) təşkilatçı tərəfindən təşkil olunan tədbirlər üzrə satışa çıxarılan bütün biletlərə şamil edilir.
1.2. Bilet əldə edən hər bir fiziki və ya hüquqi şəxs (bundan sonra “İstifadəçi”) bu Şərtlərlə tam və qeyd-şərtsiz razılaşmış hesab olunur.
1.3. Biletlərin satışı təşkilatçı və onun əməkdaşlıq etdiyi rəsmi satış kanalları vasitəsilə həyata keçirilir.
1.4. Bu Şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq tənzimlənir.
2. Biletin əldə edilməsi
2.1. Biletlər yalnız təşkilatçı tərəfindən müəyyən edilmiş rəsmi satış kanalları vasitəsilə əldə edilə bilər.
2.2. Hər bir bilet unikal identifikasiya vasitəsi (QR kod, barkod və ya digər elektron identifikator) ilə təmin edilir.
2.3. Eyni bilet üzrə təkrar giriş və ya istifadəyə yol verilmir və belə hallarda bilet etibarsız hesab edilir.
2.4. İstifadəçi bilet əldə edərkən təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır.
2.5. Bilet ödənişləri tədbirin keçirilmə tarixindən əvvəl tam şəkildə həyata keçirilməlidir. Bu tələb həm fərdi, həm də korporativ sifarişlərə şamil olunur.
3. Qiymət və ödəniş şərtləri
3.1. Bilet qiymətləri təşkilatçı tərəfindən müəyyən edilir və dəyişdirilə bilər.
3.2. Biletin dəyərinə əlavə olaraq ödəniş sistemlərinin komissiyaları, texniki xidmət haqları və digər əməliyyat xərcləri tətbiq oluna bilər.
3.3. Ödəniş yalnız tam məbləğdə həyata keçirildikdən sonra bilet etibarlı hesab olunur.
3.4. Uğursuz və ya natamam ödəniş hallarında bilet təsdiq olunmur və vəsait müvafiq bank qaydalarına uyğun olaraq geri qaytarılır.
4. Biletin istifadəsi
4.1. Tədbirə giriş yalnız etibarlı bilet təqdim edildikdə mümkündür.
4.2. Tədbirə gecikən iştirakçılar tədbir məkanının daxili qaydalarına uyğun olaraq içəri buraxıla bilər. Lakin bu halda əvvəlcədən müəyyən edilmiş yerlərin saxlanılması və ya iştirakçının uyğun yerləşdirilməsi ilə bağlı çətinliklər yarana bilər.
4.3. Bilet yalnız bir nəfər üçün etibarlıdır, əgər bilet şərtlərində başqa hal nəzərdə tutulmayıbsa.
4.4. Bilet üzrə istifadəçi dəyişikliyi yalnız təşkilatçının əvvəlcədən yazılı və ya elektron formada razılığı ilə mümkündür.
5. Biletin geri qaytarılması
5.1. Biletin geri qaytarılması yalnız aşağıdakı hallarda mümkündür:
a) tədbirin ləğv edilməsi;
b) tədbirin tarixinin dəyişdirilməsi;
c) texniki səhv nəticəsində yanlış satışın həyata keçirilməsi.
5.2. İstifadəçinin şəxsi səbəbləri ilə (iştirakdan imtina, plan dəyişiklikləri və s.) biletin geri qaytarılması yalnız təşkilatçının razılığı ilə mümkündür.
5.3. Geri qaytarma üçün müraciət tədbirin keçirilmə vaxtından ən azı 72 (yetmiş iki) saat əvvəl təqdim edilməlidir, əks halda müraciət təmin olunmaya bilər.
5.4. Xidmət və əməliyyat xərcləri geri qaytarılmaya bilər.
5.5. Geri ödənişlər istifadəçinin ilkin ödəniş etdiyi üsul ilə həyata keçirilir və bu proses bank prosedurlarından asılı olaraq 3 (üç) iş günündən 15 (on beş) iş gününədək davam edə bilər.
6. Tədbirin dəyişdirilməsi və ya ləğvi
6.1. Tədbirin ləğvi və ya tarixinin dəyişdirilməsi təşkilatçının səlahiyyətindədir.
6.2. Bu hallarda istifadəçiyə aşağıdakı seçimlər təqdim oluna bilər:
a) ödənilmiş məbləğin tam geri qaytarılması;
b) biletin yeni tarix üçün etibarlı hesab edilməsi.
7. Korporativ bilet sifarişləri
7.1. Korporativ bilet sifarişləri üzrə tərəflər arasında müqavilə imzalanır.
7.2. Müqavilə imzalandıqdan və ödəniş tam həyata keçirildikdən sonra biletlər hazırlanaraq istifadəçiyə təqdim edilir.
7.3. Ödəniş həyata keçirilənədək müvafiq yerlər istifadəçi üçün müvəqqəti olaraq rezerv edilə bilər.
8. Biletin ötürülməsi və satış məhdudiyyətləri
8.1. Biletin üçüncü şəxslərə ötürülməsi yalnız təşkilatçının müəyyən etdiyi qaydalara uyğun həyata keçirilə bilər.
8.2. Biletlərin qeyri-rəsmi satış kanalları vasitəsilə satışı və ya yenidən satış (resale) fəaliyyəti qadağandır.
8.3. Şübhəli və ya qaydalara zidd əməliyyatlar aşkar edildikdə təşkilatçı bileti ləğv etmək hüququna malikdir.
8.4 İstər korporativ istərsə də fərdi bilet alış zamanı bilet ödənişləri tədbirə qədər ödənilməlidir.
9. Məxfilik və şəxsi məlumatların qorunması
9.1. İstifadəçinin şəxsi məlumatları yalnız xidmətin göstərilməsi məqsədilə emal edilir.
9.2. Şəxsi məlumatların emalı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir.
10. Mübahisələrin həlli
10.1. Tərəflər arasında yaranan mübahisələr ilkin olaraq danışıqlar yolu ilə həll edilməyə çalışılır.
10.2. Mübahisələrin danışıqlar yolu ilə həll olunmaması halında, onlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələrdə həll edilir.