Mənimsəmə
Tədbirə qatılaraq iştirakçılar müxtəlif sektorlarda çalışan uğurlu marketinq mütəxəssislərinin, menecerlərin, sahibkarların təcrübələrindən ilham alacaq və onların qarşılaşdıqları çətinlikləri necə aşdıqları haqqında öyrənəcəklər.
Tədbirə qatılaraq iştirakçılar müxtəlif sektorlarda çalışan uğurlu marketinq mütəxəssislərinin, menecerlərin, sahibkarların təcrübələrindən ilham alacaq və onların qarşılaşdıqları çətinlikləri necə aşdıqları haqqında öyrənəcəklər.
Zirvə 500-dən çox iştirakçının bir araya gəlməsi ilə güclü şəbəkələşmə imkanları yaradır. Fərqli sahələrdən olan iştirakçılar öz əlaqələrini genişləndirə, yeni iş birliyi imkanları yarada biləcəklər.
Panel müzakirələri vasitəsilə iştirakçılar ənənəvi və rəqəmsal marketinq, strategiyalar və fərqli yanaşmaların qoşulacaq və yeni biliklər əldə edəcəklər. Bu biliklər onların şəxsi və peşəkar həyatında inkişaf etmələrinə kömək edəcəkdir.
"Milli Marketinq Forumu"nun 10 illiyini qeyd edirik!
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Milli Marketinq Forumuna təşkilati dəstək verir. İki gün ərzində marketinq fəaliyyəti ilə bağlı təcrübələrin paylaşıldığı forumun Böyük Qayıdış panelində iştirakçılara işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər, dövlət komitəsinin bu sahədəki fəaliyyət istiqamətləri barədə məlumat veriləcək.
Tədbir "Neoklassika" konsept mesajı ilə 9-10-11 may tarixlərində "Milli Marketinq Forumu"nun ilk dəfə keçirildiyi yerdə - 28 Mall CinemaPlusda keçiriləcəkdir. Ölkənin ən böyük biznes tədbirlərindən olan "Milli Marketinq Forumu"nda sahibkarlar, marketinq sahəsində çalışanlar, PR və reklam mütəxəssisləri, brend menecerlər, məhsul menecerləri, bazar araşdırmaları mütəxəssisləri və s. iştirak edə bilər.
Neoklassika təkcə keçmişə nostalji bir baxış deyil, həm də klassik marketinq dəyərlərinin müasir trendlərlə yenidən şərh edilməsidir. MMF üçün bu, marketinqin dəyişməz prinsiplərini unutmadan, onu müasir alətlər və texnologiyalarla yenidən formalaşdırmaq deməkdir.
Yeni texnologiyalar: Blokçeyn, Süni Zəka, Big Data
İnnovativ Marketinq və Startaplar
Şirkətlər və agentliklər
Milli Keyslər
Böyük Qayıdış
Yaradıcı Sənayelər və Trendlər
Satış və Ticari Marketinq
Ənənəvi və Yeni Media
PR və Kommunikasiya